İcra hakimiyyəti mitinqə icazə verdi

İcra hakimiyyəti mitinqə icazə verdi

20-09-2017 17:19 / Bu xəbər 1246 dəfə oxundu

Aksiya "Məhsul" stadionunda keçiriləcək

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

İcra hakimiyyəti mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Milli Şura sentyabrın 23-də saat 15:00-17:00-dək keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verib. Mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.

Milli Şuranın sonuncu aksiyası aprelin 8-də keçirilib. 

Aksiyanın əsas şüarları "Monarxiyaya Yox!", "Talana son!" idi. AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə bildirib ki, sentyabrın 23-də keçiriləcək mitinqdə "The Guardian" qəzetinin yazdıqları ilə bağlı şüarlar olacaq.