İki həftədə iki nəfərin öldüyü “Grand Hospital”dan reportaj (FOTOLAR)

İki həftədə iki nəfərin öldüyü “Grand Hospital”dan reportaj (FOTOLAR)

23-12-2017 13:41 / Bu xəbər 3490 dəfə oxundu

"Grand Hospital” şəhərin Həsən Əliyev küçəsində yerləşir. Böyük, əzəmətli binası, müasir tibbi avadanlıqları, göz oxşayan tibb personalı, mühafizə xidməti, səliqəli, təmiz palataları, bir sözlə hər bir komfort şəraiti olan klinika otelə bənzəyir.

Otel kimi morq 

Amma bu mənzərənin təsviri tibbi xidmətin keyfiyyəti və pasientlərin qəbulu zamanı tələb olunan ödənişlərlə üst-üstə düşmür.

Təkcə 15 gün ərzində klinikada həkim səhlənkarlığından iki nəfər tələf olub və otelə bənzəyən klinika morqa, qəssabxanaya çevrilib. Odur ki, tibb ocağında olarkən bəzi müşahidələr aparmışıq.

Azeuronews.com-un əməkdaşının məlumatına görə, fəaliyyətinin 3 ilində üç nəfərin öldüyü klinikaya gəlib-gedənlərin sayı azalıb.

Efirdə tez-tez reklam olunan "Grand Hospital” həkimlərinin əlində ölən xəstələrin xəbəri pasientlərin klinikaya inamını sarsıdıb.

Hazırda son iki həftədə baş verən iki ölüm işi üzrə klinika ilə bağlı cinayət içi açılıb və istintaq gedir. Bu da tibb müəssisəsinin fəaliyyətinə ciddi təsir edib.

Digər tərəfdən bu klinikada qiymətlər çox bahadır deyə vətəndaşlar başqa ünvanlara müraciət edirlər.

İlk növbədə isə ölüm hadisələri xəstəxanada məzarlıq ab-havası yaradıb və tək-tük xəstələrə rast gəlmək olar. Halbuki, pasientlər növbəyə düzülürdü.

İki ölüm və həkimlər istintaq altında

Əməkdaşımız öyrənib ki, hazırda sözügedən klinikada dekabrın 19-da ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ölümü barədə istintaq gedir.

Onu əməliyyat edən həkimin fəaliyyəti istintaq müddətində qadağan olunub. Onun əməliyyatdan sonra öldüyü bildirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cəmi 14 gün əvvəl də "Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi. Gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva "Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü. Beş gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi.

Əməliyyatı həyata keçirən invaziv radioloq İlqar Hüseynovun hadisədən özünü qismən günahkar bilsə də, sırf onun əməliyyat zamanı gözdəki damarın bağlanması üçün istifadə etdiyi alətin beyinə girməsi nəticəsində bədbəxt hadisə yaşanmışdı.

Gənc qızın ailəsi isə mətbuata şikayətində ölümdə günahı olanların cəzalandırılmasını tələb edir.

Lakin bir ay ərzində baş verən iki ölüm hadisəsi "Grand Hospital”da baş verən ilk belə hadisə deyil.

İlqar Hüseynov

Belə ki, ötən ilin 24 iyununda qaraciyərində yaranmış problemə görə "Grand Hospital”a müraciət edən Zaur Ağayev xəstəxanada edilən ilkin müayinədən sonra vəfat etmişdi.

Müxbirimiz öyrənib ki, bu statistika klinikanın nüfuzunu və reytinqini yerdən yerə vurub. Klinika rəhbərliyi qeyri-rəsmi şəkildə toplantı keçirib və iclasda vəziyyətdən çıxış yollarının müzakirə olunduğu deyilir.

70 milyon xərc və MTN işi

"Grand Hospital” 2013-cü ildən fəaliyyətə başlayıb. O dövrdə”Bizim Yol” qəzeti yazmışdı ki, tibb ocağının gerçək sahibi hazırda Səbayel rayon icra başçısı Eldar Əzizovdur.

Səbail rayon icra başçısı Eldar Əzizov

Əvvəllər Gəncənin, sonra Sumqayıtın icra hakimi olmuş E.Əzizovun klinikaya 70 milyon xərc çəkdiyi yazılmışdı.

Amma tibb obyektinin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının keçmiş baş həkimi, adı MTN qalmaqalında çəkiləndən sonra vəzifəsindən gedən Asim Həsənovun nəzarətində olduğu da iddia edilir. Bu mövzuda cumhuriyyet.net yazmışdı. Xəbər portalı bildirirdi ki, Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital, Tədris Cərrahiyyə Klinikası və Laçın Klinikası birbaşa Asiman Həsənovun nəzarətindədir.

Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməkdədir. Eyni zamanda, A.Həsənov hər bir klinikada özünə yaxın xanım tibb işçiləri saxlayır və onun vastəsi ilə klinikada baş verən hadisələrdən anında xəbərdar olur.

Sözügedən tibb ocağının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli bildirib ki, məsələnin təfərrüatı tamam başqa cürdür:

"1962-ci il təvəllüdlü Nurağa Qasımov ürəyin işemik xəstəliyi, miokard infarkt, Gərginlik Stenokardiyası, eləcə də Hepatit B diaqnozu ilə "Grand Hospital”a müraciət edib. 16 dekabr tarixində N.Qasımov əməlliyata alınıb. Açıq ürək əməliyyatı başa çatdıqdan sonra bir daha ürək dayanıb və həkimlər həmin an ikinci əməliyyata başlayıblar. Ümumilikdə 9 saatdan çox davam edən əməliyyatdan mərhum sağ çıxıb və klinikanın reanimasiya şöbəsinəyerləşdirilib. O, iki gün həkimlərin nəzəri altdında qalıb. N.Qasımovun vəfat etməsinin səbəbi sırf əməliyyat deyil. Mərhumda oqran yetməməzliyi də müşahidə olunurdu. Ölüm səbəbi tibbi dillədesək ürək yetməməzliyinə bağlı poliorqan yetməməzliyidir. Yəni ürəklə yanaşıburada həm də ağciyər,  qaraciyər və böyrək çatışmalığı var idi. Mətbuatda qeyd olunur ki, mərhum əməliyyat zamanı dünyasını dəyişib. Xeyir, ağır keçən əməliyyatdan stabil vəziyyətdə çıxan xəstə iki gün sonra, 18 dekabr axşam saatlarında klinikanın reanimasiya şöbəsində dünyasını dəyişib”.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbərinin sözlərinə görə, mərhumun yaxınları N.Qasımovun bir sıra ağır xəstəlikdən əziyyət çəkdiyini bildiriblər: ”Ekspert rəyi tələb etmədilər, şikayətçi qismində də deyildirlər. Amma, Tibbi Ekspertizaya müraciət olunub. Hazırda araşdırmalar aparılır və nəticələr bəlli olan kimi mətbuata məlumat veriləcək”.

T.Məmmədlinin sözlərinə görə, ümumiyyətlə, əməliyyata daxil olan hər bir kəs ölüm riskini nəzərə alır və müqavilə imzalayır: ""Grand Hospital”ın kifayət qədər savadlıhəkimləri, tibbi personalı var. Onlar hər gün bir neçə əməliyyat aparıb, yüzlərləinsanı həyata qaytarırlar. Amma tibb sahəsində 100 % heç nə yoxdur. Əməliyyat varsa, ölüm riski də var. Xüsusi ilə açıq ürək əməliyyatı kimi ağır prosesdən söhbət gedirsə…”.///qaynar.info