İstanbulda milyonlarla insanın iştirakı ilə mitinq keçirilir - VİDEO

İstanbulda milyonlarla insanın iştirakı ilə mitinq keçirilir - VİDEO

07-08-2016 20:09 / Bu xəbər 1267 dəfə oxundu

Mitinq "İstiqlal marşı”-nın səsləndirilməsi və şəhidlər üçün dua oxunması ilə başlayıb. Mitinqdə ilk olaraq 15 iyul çevriliş cəhdi zamanı yaralanan gənc çıxış etdi.

Daha sonra Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Bahçeli tribunaya çıxaraq  xalqa meydanlarda olduğu və xainlərə çəkinmədən dərslərini verdiyi üçün təşəkkür edib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu sona qədər vətənə sahib çıxacaqlarını deyib. O bildirib ki, cumhuriyyəti qorumaq kər kəsin vəzifəsidir: "Cumhuriyyətə və demokratiyaya birlikdə sahib çıxacağıq”.

Çıxışı əvvəlcədən nəzərdə tutulmayan Türkiyə Silahlı Qüvvələrinin baş qərərgah rəisi Hulusu Akar da tribunaya çıxıb. O bildirib ki, türk milletinin canı bahasına demokratiyanın davamı içün gösterdiyi fədakarlık təqdirəlayiqdir.

Baş naziri Binəli Yıldırım türk xalqının 15 iyul gecəsi tarix yazdığını deyib. Yıldırıb çevriliş cəhdinin başında dayanan Fətullan Gülənin Türkiyəyə gətiriləcəyini və əməllərinə görə cavab verəcəyini bildirdi.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qahraman xalqın şər qüvvələrə qarşı dirəniş göstərərək qazandığını dedi.

Mitinqdə son çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. 15 iyul gecəsində tankların qarşısını kəsən xalqa təşəkkür edən prezident ölkəsini Fətullahçı işğalçılara təslim etməyən 79 milyonluq türk millətinin zəfər çaldığını deyib.

***

Binəli Yıldırım, sabiq baş nazir Əhməd Davudoğlu meydandadır. Prezident Rəcəb Tayyip Ərdoğan da helikopterlə Yeniqapı meydanına gəlib.

***

"Demokratiya və Şəhidlər” mitinqində Milliyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Baxçalı, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, baş nazir Binəli Yıldırım, TBMM sədri İsmayıl Qəhrəman və prezident Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.

***

İstanbulda, Yenikapıda demokratiya və şəhidlər mitinqi başlayıb. Mitinq "TRT” telekanalının "youtube” kanalı vasitəsilə türk, ingilis, fransız, ispan, alman, rus və ərəb dillərində yayımlanacaq.

Mitinqdə Türkiyənin iqtidar və müxalifət partiyaları iştirak edəcək.

azadliq.info