“Kasıblar soyuqdan donmalıdır?”

“Kasıblar soyuqdan donmalıdır?”

09-01-2017 19:33 / Bu xəbər 1475 dəfə oxundu

Son günlər sosial şəbəkələrdə bir çox insan işıq pulu çekini paylaşaraq tariflərin yüksək olduğuna etiraz edir. 

Toplum.Tv olaraq bu məsələ ilə bağlı kiçik sorğu apardıq. 

Samirə Behbudova: "Yəqin, kasıblar soyuqdan donmalıdır”
 
Bakı şəhər sakini Samirə Behbudova bildirib ki, bu ay işıq pulu keçən aylara nisbətən 2 dəfə çoxdur: "Keçən ay 46 manat ödəmişik. Bu ay isə 88 manat. Tarif Şurası niyə qiyməti qaldırıb? Bəlkə, bizə Yeni il hədiyyəsi olaraq bu qədər işıq pulu gəlib?!  Belə çıxır ki, biz kasıb deyilik, ya da kasıbıq deyə evdə istlik sistemi yandırmamalıyıq? Kasıblar soyuqdan donmalıdır?”.

Vahid Əhmədov: "1700 m3 qazın ayırılması əhali üçün azdır"
Image result for Vahid Əhmədov
Deputat Vahid Əhmədov Toplum Tv-yə deyib ki, 1700 m3 qazın ayırılması əhali üçün azdır: "Bu hesablamaları bizə də məruzə edəndə dedilər ki, işıq pulu artanda hardasa 75% əhaliyə təsir etməyəcək. Çünki 300 kvt-a qədər işıq əvvəlcə 250 kvt idi. Sonra cənab prezident 50 kvt da əlavə etdirdi. Rayondan bu gün gəlmişəm. Amma aldığım məlumatlara görə Şimal zonasında əhali qazı da, işığı da 300 kvt dan çox işlədib. Əlbəttə, bəzi problemlər var. Problem işıqdan daha çox qazdadır. Çünki əhali istilənmək üçün daha çox qazdan istifadə edir. Ona görə də 1700 m3 qazın ayırılması əhali üçün azdır. Həm işıqda, həm də qazda əhalinin müəyyən qədər ödəmə problemləri olub, indi də var”.

Qubad İbadoğlu: "Ən çox əziyyət çəkən çox uşaqlı və aztəminatlı əhalidir”

İqtisadçı-ekspert Qubad İbadoğlu isə Qırğızıstanı nümunə göstərərək, Azərbaycanda differensiallaşmanın düzgün  aparaılmadığını vurğulayıb: "Əvvəldən də görsənirdi ki, bu differensiallaşma həddi düzgün seçilməyib. Hesablamalar da, açıqlanan rəqəmlər də yalnışdır. Deyilirdi ki, əhalinin təxminən 80 faizinə qiymət artımının heç bir təsiri olmayacaq. Amma əvvəlcədən də görsənirdi ki, qiymət artımı xüsusilə də qazda ciddi şəkildə hiss olunacaq. Qiymət artımının neqtiv təsirləri aztəminatlı ailələrin, xüsusilə də çox uşaqlı ailələrdə hiss ediləcək. Neft təsərrüfatının büdcə maliyyəsi göstərir ki,
Image result for Qubad İbadoğlu
Azərbaycanda yoxsulluq daha çox, çoxuşaqlı ailələrdə yayılıbdır və bu çox uşaqlı ailələr də, yaşayış sahəsi azuşaqlı ailələrlə müqayisədə daha çox olur, yəni daha çox elektrik enerjisindən istifadə edirlər. Bu baxımdan çox təəssüflər olsun ki, elektrik enerjisinin qiymətinin bahalaşması, qazın qiymətinin bahalaşması daha çox həmin çox uşaqlı və aztəminatlı ailələrin büdcəsinə ciddi şəkildə təsir göstərir. Bizim hesablamalar da bir daha təsdiq edir ki, bu differensiallaşma düzgün aparılmayıb. Qeyd etmişdim ki, Qırğızıstanda bu əmsal 700 kvt-dan başlayır. Ailə başına minimum 700 kvt qiymət səviyyəsi müəyyənləştirilib. Ona görə də ən düzgün yanaşma o idi ki, məhz elektrik enerjisinin qiymətini differensiallaşdıran zaman ailə başına deyil, uşaqların sayına uyğun differensiallaşdırılma aparılmalı idi. Bu təkliflərimi də vermişdim. Məsələn, 3 nəfərlik ailədə bu hardasa 450 kvt ola bilərdi, 4 nəfərlik ailədə 600 kvt ola bilərdi, eyni zamanda elektrik enerjisinin differensiallaşması gecə və gündüzə görə müxtəlif tariflərlə tətbiq olunmalı idi, yayda və qışda müxtəlif tariflər tətbiq olunmalı idi. Yəni bizdə differensiallaşma tam deyil. Ona görə də, bugünkü differensialaşmadan əziyyət çəkənlər kifayət qədər çoxdur və bizim gözlədiyimiz kimi, bu, aztəminatlı əhalidir”.

Əli Zeynal