“Kral” Heydər Əliyev prospektində yaşıllıqları məhv edir

“Kral” Heydər Əliyev prospektində yaşıllıqları məhv edir

30-06-2018 00:03 / Bu xəbər 1790 dəfə oxundu

Sakinlər "Kral” MTK-dan ölkə başçısına şikayət edirlər 

Tikinti şirkətlərinin yaşıllıqlara qənim kəsilməsinin coğrafiyası Xırdalana qədər uzanıb. 

AzEuroNews.com-a yerli sakinlərdən göndərilən fotolarda bu fakt öz əksini tapmaqdadır.

Xırdalanın mərkəzi Heydər Əliyev prospektində yaşıllıqlar hasara alınaraq, kəsiləcəyi günü gözləməkdədir.

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tikintisinə sərəncam verildiyi deyilən "Kral” MTK yaşayış kompleksinə görə ağacları hədəfə alıb.

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova

Sakinlərin verdiyi xəbərdə deyilir ki, sözügedən şirkət yaşıllıqları qırmaq üçün fürsət gözləyir. 

"Mərhum Heydər Əliyev vaxtilə demişdi ki, "ağacları kəsənlər, elə bil qollarımı kəsirlər. "Kral” MTK isə H.Əliyevin adını daşıyan prospektdə oksigenə, təbiətə düşmən kəsilərək onları məhv edib yerində bina tikməyə hazırlaşır, Abşeron RİH da buna rəvac verməkdədir. Hazırda ərazi hasarlanıb, mühasirədə qalan ağacların doğranması üçün məqam gözlənilir. Ancaq hələlik buna cəhd etmirlər. Görünür ki, əlverişli fürsət üçün pusquda dayanıblar", - sakinlər bildiriblər. 

Son illər Nizami, Xətai, Nəsimi və digər rayonlarda yaşıllıqlara "divan tutulması” adi hal alıb.