"Mama, hanı saçım, qoy yerinə” - Balaca Sevər

09-12-2016 17:18 / Bu xəbər 2400 dəfə oxundu

Kəskin leykoz xəstəliyindən əziyyət çəkən Məmmədova Sevərin anası Günel Gözəlova imkanlı şəxslərdən kömək istəyir. Onun sözlərinə görə, övladı "qan xərçəngi"ndən - kəskin leykoz xəstəliyindən əziyyət çəkir və  müalicəsi hazırda İranda aparılır. Müalicəsi üçün hər ay 10 000 manat pul tələb olunur. Həkimlərin dediyinə görə 3 il ərzində müalicəsi bu yolla gedərsə, 70%  sağalma ehtimalı var. 

"Mən bu şəkildə gördüyünüz balamın anasıyam. Deyirlər ki, analar hər şeyə qadir olur. Balasını hər şeydən qoruyur, amma mən balamı bu xəstəlikdən qoruya bilmədim. Sevərin indi iki yaşı var, hələ iki aydır ki, onun yaşı tamam oldu. Balam hələ heç nə yaşaya bilmədən bu xəsdəliklə mübarizə aparır. Düz bir aydır ki, biz bunu öyrəndik. Diaqnozu "Kəskin leykoz”dur, həm qanında, həm də iliyində. İranda müalicəsinə başladıq. İndi kimyəvi dərmanlardan saçları tökülüb. Elə hey güzgüyə baxıb deyir: "Mama, hanı saçım, qoy yerinə”. Ana olan hər kəs bilər bu nə deməkdir", - valideyn yazır. 

Qeyd edək ki, balaca Sevərin adına bank hesabı açılıb. Valideyn hər kəsdən kömək istəyir: 

TEL: 055-495 00 98   070-941 57 42
AZN
ADI:  DəmirBank Ə.İ Filialı
KODU: 508308
VÖEN:  9900001471
MÜXBİR HESAB: AZ85NABZ01350100000000011944
S.W.I.F.T  BIK: AZERAZ22
GÖZƏLOVA GÜNEL AĞAZAİD QIZI
İBAN=AZ42AZER703954640002AZN41010
70395464-2   MilliÖn