Məktəb direktorunu döyməkdə günahlandırılan aktyora qarşı cinayət işi açılıb

Məktəb direktorunu döyməkdə günahlandırılan aktyora qarşı cinayət işi açılıb

29-11-2018 17:28 / Bu xəbər 1466 dəfə oxundu

Rza Rzayev xuliqanlıqda təqsirləndirilir

Bakıda 220 saylı məktəbin direktoru Tural Mirzəliyevi döyməkdə günahlandırılan aktyor Rza Rzayevə qarşı cinayət işi başlanıb.

Məlumatı "Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə verib. 

Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. 

İşi Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsi araşdırır.

Bir müddət əvvəl sosial şəbəkələrdə aktyor Rza Rzayevin 220 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb.