Milli Şura və Qarabağ Komitəsinin mitinqinə razılıq verilməyib

Milli Şura və Qarabağ Komitəsinin mitinqinə razılıq verilməyib

01-05-2019 20:00 / Bu xəbər 1175 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin mayın 4-nə, Milli Şuranın mayın 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətlərini cavablandırıb. 

Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun "İnşaatçılar” stansiyasının yaxınlığı) keçirmək istədikləri aksiyalar sanksiyalaşdırılmayıb.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.