Müsavat ictimai dinləmələrdə niyə iştirak etmədi?

Müsavat ictimai dinləmələrdə niyə iştirak etmədi?

20-04-2019 01:11 / Bu xəbər 306 dəfə oxundu

Arif Hacılı: "Onların da müxalifət adlandırıldığı bir tədbirdə iştirakımızı məqsədəuyğun saymadıq”

Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa İttifaqı ilə Azərbaycan arasında saziş layihəsi ilə əlaqədar ötən gün müxalifət adından keçirilən tədbirdə iştirak etməməsinin səbəbini açıqlayıb.

Arif Hacılı özünün feysbuk səhifəsində yazıb: "Müsavat Partiyasının Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirə olunan saziş layihəsi ilə bağlı mövqeyi həm ölkə ictimaiyyətinə, həm də layihə üzərində müzakirə aparan tərəflərə məlumdur. Bu barədə fikrimizi Aİ-nin nümayəndələrinə zaman-zaman çatdırmışıq. Bu müzakirələrdə mövqeyimiz barədə açıqlamalar vermişik. Ötən həftə bu barədə Müsavat Məclisinin bəyanatı qəbul edilib", - o bildirib. 

"Dünən təşkil olunan, "Müxalifət bir araya gəldi” – başlıqları ilə tirajlanan tədbirdə iştirak etməməyimizin səbəblərini soruşanlara isə cavabımız budur: Hələ seçki başa çatmamış İlham Əliyevi qələbə münasibəti ilə təbrik edən, olmayan islahatları alqışlayan, müsavatçılara hökm oxunan günlərdə qərargahımız qarşısında sifarişli piket keçirənlərin də müxalifət adlandırıldığı tədbirdə bu məsələnin müzakirəsində iştirakımızı məqsədəuyğun saymadıq”, - Hacılı yazıb.