Həbsdə olan jurnalist azadlığa çıxdı

Həbsdə olan jurnalist azadlığa çıxdı

19-03-2021 17:35 / Bu xəbər 3152 dəfə oxundu

"Anews.az" saytının bölgə müxbiri Zaur Qəmbərov bu gün Bakı Apellyasiya Məhkəməsi tərəfindən cəzası yumşaldıldıqdan sonra azadlığa çıxıb.

Vəkil Cavad Cavadovun martın 19-da verdiyi məlumata görə, Qəmbərov 2020-ci il oktyabrın 20-də 3 il altı ay müddətinə azadlıqdan məhrum edilib. Bu gün məhkəmə şikayəti qismən təmin edib və azadlıqdan məhrumetmə cəzasını iki il ərzində azadlığın məhdudlaşdırılması ilə əvəz edib.

Belə ki, iki il ərzində o, saat 23:00-dan səhər saat 7:00-a qədər evdə olmalıdır. Amma onun beş ay barmaqlıqlar arxasında keçirdiyini nəzərə alan məhkəmə cəza müddətini 1 il 2 aya qədər azaldıb.

Xatırladaq ki, Qəmbərov silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədilən xuliqanlıqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) ittiham olunub. Ona qarşı ittiham Gədəbə rayon Sosial Müdafiə Xidmətinin məmuru tərəfindən irəli sürülüb. Müxbirin təqibinin əsl səbəbi onun rayonda pozuntular və korrupsiya haqqında tənqidi videosu olub.