MSK 8 seçki dairəsi üzrə müraciətləri DSK-ya göndərdi

MSK 8 seçki dairəsi üzrə müraciətləri DSK-ya göndərdi

17-02-2020 19:38 / Bu xəbər 1188 dəfə oxundu

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılıb.

İclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 46 saylı Şirvan Seçki Dairəsi, 51 saylı Qusar Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib. 

İclas davam etdirilib və digər şikayətlərə baxılıb. 

Yekununda isə 9 saylı Binəqədi İkinci Seçki Dairəsi, 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi, 86 saylı İsmayıllı Seçki Dairəsi, 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə müraciətlərin də araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib.