MSK Ziyafət Əsgərovun qalib elan olunduğu dairənin nəticələrini şübhə altına aldı (VİDEO)

MSK Ziyafət Əsgərovun qalib elan olunduğu dairənin nəticələrini şübhə altına aldı (VİDEO)

16-02-2020 17:20 / Bu xəbər 349 dəfə oxundu

76 saylı Lənkəran-Astara seçki dairəsində baş verən kobud seçki pozuntularına Mərkəzi Seçki Komisiyasının katibi Mİkayıl Rəhimov münasibət bildirib.

AzToday.az xəbər verir ki, MSK qarşısında keçirilən aksiyaların birində 76 saylı dairədə baş verən seçki saxtakarlığına aid videonu izləyən Mikayıl Rəhimov sözügedən dairədə kobud seçki pozuntularının olduğunu etiraf edib.

MSK 76 saylı Lənkəran-Astara seçki dairəsində Ziyafət Əsgərovu qalib elan edib. Onun əsas rəqibi isə müstəqil namizəd Xalid Bağırov olub.

Həmin görüntüləri təqdim edirik: