Nazirlik: "Mehman Hüseynov cavab verəcək"

Nazirlik:

12-01-2017 16:45 / Bu xəbər 2542 dəfə oxundu

Yanvarın 10-u polis tərəfindən qaçırılan bloger Mehman Hüseynov məhkəmədən çıxdıqdan sonra ona edilən işgəncələrdən danışıb. 

Blogerin vəkili Elçin Sadıqov da onun işgəncəyə məruz qaldığını göstərən xəsarətləri çəkərək sosial şəbəkələrdə paylaşıb. Amma nazirlik bu iddialarla razılaşmayıb. Belə ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ötən gün verdiyi açıqlamada bu iddiaların həqiqətəuyğun olmadığı deyib. 
Related image
Bloger Mehman Hüseynov isə nazirliyin mövqeyini Toplum.Tv-yə belə şərh edib: "Əgər Daxili İşlər Nazirliyi deyirsə ki, Mehmanın aldığı nəfəs də yalandır, Onda yəqin mən dəli olmuşam. Çəkdiklərim də yalandır və almaniyalı nazirlərindir. Çəkdiyim polis və məmur özbaşınalıqları da Azərbaycanda yox, hamısı Avropada baş verib".

Mehman Hüseynovun vəkili Elçin Sadıqov isə bildirib ki, Daxili İşlər Nazirliyi həmişə işgəncə faktlarını gizlətməyə yönəlmiş bəyanatlar verir:
Related image
"Təbii, bu bəyanatlarla elə təəssürat yaratmaq istəyirlər ki, guya Azərbaycan polisində işgəncə faktları yoxdur. Qeyd edim ki, Daxili İşlər Nazirliyinin araşdırma aparmadan belə bir bəyanat verməsi, araşdırmanın özünün obyektivliyini əvvəlcədən şübhə altına alır. Prokurorluğun aparmalı olduğu araşdırmaya təsir məqsədi güdür. Düşünürük ki, gələcəkdə də prokurorluq nazirliyin təsirini nəzərə alaraq qanunsuz qərarlar qəbul edəcək".

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Toplum.Tv-yə bildirib ki, Mehman Hüseynov atdığı böhtanlara görə cavab verəcək:
Image result for Ehsan Zahidov
"Mehman Hüseynovun dedikləri şər, böhtandır. Buna görə də cavab verəcək".

Gülzar N. Məmmədli
Toplum Tv