Pasporta və vəsiqəyə görə rüsumlar artırıldı

Pasporta və vəsiqəyə görə rüsumlar artırıldı

02-12-2017 12:45 / Bu xəbər 229 dəfə oxundu

Bu gün, dekabrın 1-i Milli Məclis Azərbaycanda ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumları artırıb.

Bununla əlaqədar "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsinin yenidən verilməsinə görə rüsum sənəd 10 iş günü ərzində verildikdə 5 manatdan 15 manata, 3 iş günündə 25 manatdan 35 manata, 1 iş günü verildikdə isə 35 manatdan 45 manata qaldırılıb.

Ümumvətəndaş pasportunun yenidən verilməsinə görə rüsum sənəd 10 iş günə verildikdə 1 yaşa qədər uşaqlara 20 (hazırda 10 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlara 30 (20), 3 yaşdan 18 yaşa qədər uşaqlara 40 (30), 18 yaşdan yuxarı vətəndaşlara isə 50 manata (40) müəyyən edilib.

Pasport 5 iş günə verildikdə 1 yaşa qədər uşaqlara 30 (hazırda 20 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlara 50 (40), 3 yaşdan 18 yaşa qədər uşaqlara 70 (60), 18 yaşdan yuxarı vətəndaşlara isə 90 manat (80) ödəniləcək.

Pasport 1 iş günü müddətində verildikdə 1 yaşa qədər uşaqlara 50 manat (hazırda 40 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlara 90 (80), 3 yaşdan 18 yaşa qədər uşaqlara 130 (120), 18 yaşdan yuxarı vətəndaşlara isə 170 manat (160) ödəniləcək.