Poliklinikada jurnalistə qarşı kobudluq

Poliklinikada jurnalistə qarşı kobudluq

28-11-2019 15:46 / Bu xəbər 139 dəfə oxundu

Biləcəridə yerləşən 15 saylı poliklinikada jurnalist Vüqar Qurdqanlıya qarşı kobudluq edilib.

Bu barədə Yenisabah.az-a jurnalistin özü məlumat verib.
 
"Yoldaşım yanvar ayından dağınıq skeleroz xəstəliyindən əziyyət çəkir. Bir neçə dəfə Respublika Diaqnostika Mərkəzində müalicə alıb. Xəstəlik tarixindən çıxarış da var. Bu xəstəlikdən əziyyət çəkənlərə əlillik dərəcəsi düşdüyünə görə fevral ayında lazım olan sənədləri götürüb poliklinakaya getdik. Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz. Vaxt tamam oldu. Sənədlərimiz Tibbi Sosial Ekspert Komissiyasına göndərildi. Lakin həmin vaxt sistemdə xəta olduğuna görə sənədlər qəbul olunmadı. Növbəti dəfə poliklinikaya gələndə isə baş həkim heç bir səbəb olmadan sənədlərin qəbul edilməyəcəyini bildirdi. Onu qanuna riayət etməyə çağırsam da, məni təhqir etməyə başladı, təxribata çəkməyə cəhd göstərdi. Onu da qeyd edim ki, baş həkim məzuniyyətdədir, onun məzuniyyətdə ola-ola işə çıxması da qanunsuzdur”, - deyə Vüqar Qurdqanlı bildirib.

Jurnalist olayla bağlı DİN-nin "102 xidməti”nə müraciət edib. O bildirib ki, məsələ ilə bağlı gərəkən bütün hüquqi addımları atacaq. 

Yenisabah.az