QHT sədri beynəlxalq mükafata layiq görüldü

QHT sədri beynəlxalq mükafata layiq görüldü

05-10-2018 13:41 / Bu xəbər 1484 dəfə oxundu

Rasional İnkişaf  Uğrunda” Qadınlar Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Şəhla İsmayıl "Bob Hepple adına Bərabərlik Mükafatı"na layiq görülüb.
 
Bu barədə Ş.İsmayıl facebook hesabında məlumat yayıb: ""Bob Hepple adına Bərabərlik Mükafatı"nı Londondan Bakiya gətirmək böyük qürur və şərəfdir. Namizədliyimi bu mükafata təqdim edən "İnsan Hüquları Evi" Fonduna və məni bu mükafata layiq görən Bərabər Hüquqlar Fonduna təşəkkür edirəm".

Mükafat 2007-ci ildə ayrı-seçkiliklə mübarizə və bərabərliyin təməl bir insan haqqı kimi dəstəklənməsi məqsədilə təsis edilib.

Pərvanə Qurbanlı