''Qum-çınqıldan milyonlar qazananlar var''

''Qum-çınqıldan milyonlar qazananlar var''

02-02-2018 03:05 / Bu xəbər 1209 dəfə oxundu

Zahid Oruc: ''Bu sahədə də cəriməni artırmaq lazımdır''

"Çayların özəl sahibi yoxdur. Misir dövrü deyil ki, çayı hissə-hissə bölüb fironluq etsinlər. Fövqəladə Hallar Nazirliyi bu məsələyə ciddi dirəniş göstərir. Görünür, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər. Milli Məclisdə bununla bağlı məsələyə baxmaq lazımdır”.

Bunu Milli Məclisdə 2018-ci ilin yaz sessiyasının qanunvericilik işlərinin planı ilə bağlı müzakirələrdə deputat Zahid Oruc deyib. O qeyd edib ki, Azərbaycanda çay kənarlarındakı qum, çınqıl daşınır:

"Kim düşünürsə, qum, çınqıl balaca varlıqdır, yanılırlar, çünki bunlardan milyonlar qazananlar var”.

Deputat vurğulayıb ki, bu əmələ görə cərimə cəmi 12 min manatdan ibarətdir və müxtəlif sahələrlə bağlı cərimə sanksiyaları kimi, bu sahədə də cəriməni artırmaq lazımdır.

Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, hər funksiyanı Milli Məclisin üzərinə qoymaq olmaz:

"Biz hər məsələni qanunla bağlayırıq. Düzdür, Milli Məclis qanunları qəbul edir, dəyişikliklər edir. Amma Nazirlər Kabinetinin, icra hakimiyyətlərinin də öz funksiyası var”.