Rüstəm İbrahimbəyov Azərbaycana gəlmək istəyir
05-02-2019 15:09 / Bu xəbər 1206 dəfə oxundu
"Doğum günümü adi qaydada keçirirəm. Səhər yeni açılıb. Təbrik edənlər artıq var. Azərbaycandan təbrik edənlər daha çoxdur. Hər kəsə diqqətinə görə təşəkkür edirəm”.
Bunu Modern.az-a tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyi ilə bağlı danışarkən deyib.
O, Bakı üçün darıxdığını da dilə gətirib: "Bakı üçün çox darıxıram. Bəlkə bu yaxınlarda Azərbaycana gəldim”.
Tanınmış kinorejissor yaradıcılığından da söz açıb: "Bu gün teatrda təzə pyesimin premyerası baş tutacaq. Ümumilikdə tamaşalarıma Rusiyada yaşayan azərbaycanlılar daha çox gəlir”.
Bu gün kinorejissor Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olur.
O, 1939-cu ilin bu günündə Bakıda doğulub.