Şadlıq evlərinə yeni qayda qoyuldu

Şadlıq evlərinə yeni qayda qoyuldu

10-08-2017 11:20 / Bu xəbər 1428 dəfə oxundu

Vergilər nazirliyi şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində xidmətlərin yeni qaydalarını təsdiq edib. 

Bu barədə nazirliyin saytında məlumat yayılıb.

Qaydalar toylarda, şənliklərdə, digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik edən və fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət göstərən şəxsləri əhatə edir.

Qaydalara əsasən, ictimai iaşə obyektləri yerləşdikləri ərazi üzrə vergi orqanlarının qeydiyyat kitabı ilə təmin ediləcək.

Qeydiyyat kitabında müvafiq qeydlər hər bir müğənninin, ansamblın çıxışına başlamazdan əvvəl aparılmalıdır. Orada qeyd olunan məlumatlar hər ay başa çatdıqdan sonra növbəti ayın 10-na kimi vergi orqanına təqdim edilməlidir.

Əks təqdirdə, həmin vergi ödəyiciləri barədə məlumatlar risk meyarı kimi qiymətləndirilərək. Onların adları operativ nəzarət funksiyalarını həyata keçirən strukturlara təqdim edilərək və vergi nəzarəti tədbirləri zamanı nəzərə alınacaq.