Sosial şəbəkələrdə "Bullinq gələcəyi bulandırır" kampaniyası keçirilib

Sosial şəbəkələrdə

16-05-2019 18:50 / Bu xəbər 84 dəfə oxundu

Sosial şəbəkələrdə "Bullinq gələcəyi bulandırır" kampaniyası keçirilib
 
Bir qrup  ictimai fəal bullinq qurbanı  Elina Hacıyeva ilə bağlı sosial şəbəkələrdə kampaniya keçirib.
 
Kampaniya iştirakçılarının əsas məqsədi Elina olayını  unutdurmamaqdır.

Kampaniya mayın 15-i , Elinanın ölümünün 40-cı günü keçirilib.

İştirakçılar #bullinqeson #stopbulling #elinaucunsusma  həştəqləri ilə və Elinanın şəkli olan köynəklərdə şəkillərini sosial mediada paylaşıblar.

Fəallar hər il 15 mayı bullinqə qarşı mübarizə günü kimi qeyd etməyi də hədəfləyib.

Şəhla Abbas
Toplum.tv