TQDK abituryentlərə xəbərdarlıq edib

TQDK abituryentlərə xəbərdarlıq edib

27-07-2016 10:33 / Bu xəbər 910 dəfə oxundu

Bu gün saat 10:00-a olan məlumata əsasən, kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib.

Tələbə Qəbulu üzrə Dövlət komissiyasından (TQDK) "Qaynarinfo.Az"-a verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 29 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Arqument.Az