Vidadi İsayev çirkab sularını Heydər Əliyev parkının fontanlarına calayıb - Şikayət

Vidadi İsayev çirkab sularını Heydər Əliyev parkının fontanlarına calayıb - Şikayət

07-06-2019 14:46 / Bu xəbər 1156 dəfə oxundu

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdənin Mərkəzi Xəstəxanasından tutmuş Vərəm Dispanserinin kanalzasiya sularına qədər bütün çirkab sularını Heydər Əliyev parkının fontanlarına calayıb.

Bu barədə jurnalist Elçin Həsənzadə məlumat yayıb.

O yazıb ki, insanların isti havalarda istirahətə gəldiyi bu parkda üfunət iyi müşahidə olunur.

"Bu iş Vidadi İsayevin ağlına hardan gəlib, deyə bilmərəm, amma onun bu "yenilik"lə "Ginnesin rekordlar kitabı"na düşəcəyi şübhəsizdir", - jurnalist deyib.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Anar Hətəmov Arqument.az-a bildirib ki, məsələyə ilə bağlı gün ərizində açıqlama veriləcək.

]