Xəstəxanada 400 min manatlıq korrupsiya - Hüquq müdafiəçisi müraciət yaydı

Xəstəxanada 400 min manatlıq korrupsiya - Hüquq müdafiəçisi müraciət yaydı

19-08-2015 13:48 / Bu xəbər 5246 dəfə oxundu

Müstəqil hüquq müdafiəçisi Avtandil Məmmədov Xaçmaz rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar və korrupsiya faktları barədə müraciət yayıb. 

Arqument.Az-a müraciəti olduğu kimi təqdim edir: 

"Möhtərəm cənab prezident! Sizin Nazirlər kabinetində bu yaxınlarda keçirilən müşavirədəki çıxışınız hamımızın ürəyincədir. Siz bir daha sübut etdiniz ki, qətiyyətli lidersiniz. Siz çıxışınızda səhiyyə sahəsindəki nöqsanları ciddi tənqid etdiniz. Mənim də müraciətim Xaçmaz rayonunda bu sahədəki acınacaqlı vəziyyətlə bağlıdır. Əminəm ki, müraciətim ciddi araşdırılacaq və qanuni tədbirlər görüləcəkdir.     
                                                                   
Xaçmaz  rayon mərkəzi xəstəxanasında özbaşınalıq pik həddə çatıb.  Mərkəzi xəstəxanada müasir tibb avadanlıqların olmasına baxmayaraq rayon sakinləri Xaçmazda fəaliyyət göstərən özəl tibb müəsiəssinə daha çox müraciət edirlər. Çünki Səyyaf Tağıyevin rəhbərlik etdiyi rayon səhiyyəsi başdan ayağa korrupsiyanın içindədir. 

Mərkəzi xəstəxanada qeydiyyyat otağından başlayaraq əməliyyat masasına kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan alınan rüşvətin qarşılığında belə normal tibbi quluğun olmamasına görə sakinlər rayondakı üç özəl klinikaya və Qusar şəhərində ki, diaqnostika mərkəzinə daha çox müraciət etmək məcburiyyətində qalırlar. Səyyaf Tağıyevin baş həkimi olduğu tibb ocağında isə əlini cibinə salmayan xəstələr və onların yaxınları üçün əlavə problemlər yaradılır.

Rayonun kəndlərində fəaliyyət göstərən tibb məntəqələri isə demək olar ki, yox vəziyyətindədir. Bu tibb məntəqələrindən yalnız dərman və sarğı pereparatlarının silinməsi üçün istifadə olunur. Rayon sakinlərinin və mütəxəsisslərin bildirdiyinə görə Səyyaf Tağıyevin  işi, gücü tibb məntəqələrinin hesabına dövlət vəsaitlərini mənimsəmək və özünə var-dövlət yığmaqdan ibarətdir. Baş həkim hər dəfə bəh-bəhlə mərkəzi xəstəxananın təmirindən, ordakı müasir aparatlardan danışır. Amma yaxşı bilir ki, son illər Xaçmaz sakinləri rayon mərkəzi xəstəxanasına gəlmirlər. Çünki Səyyaf Tağıyevin rüşvət sistemi bütün sakinləri bezdirib. Və onlar normal tibbi müayinə, düzgün analiz, rüşvətsiz həkim axtarışındadırlar.

Müayinə müalicədən çıxan şəxslər  bildirirlər  ki, mərkəzi xəstxanada tibb bacısından tutmuş həkimlərə, eləcə də xəstəxananın rəhbərliyinə kimi az qala hər kəs xəstənin onların şəxsi maraqlarını təmin etməsini gözləyir. Xəstəxanaya yolun düşən kimi hamı sənin geyim-keçiminə, xarici görkəminə fikir verir. Əgər kənardan imkanlı adam təsiri bağışlasanız, o zaman tibb personalı sizi gülərüzlə qarşılayacaq və dərhal nədən şikayət etməyinizlə maraqlanacaq. Yox əgər xarici görkəminizə baxanda imkansız olduğunuz başa düşülsə, onda yanınıza belə gələn olmayacaq. Artıq Xaçmazda hamıya bəllidir ki, rayon xəstəxanasında çalışan bəzi tibb işçiləri xəstənin müalicə olub-olmaması ilə qətiyyən maraqlandırmır. 

Səyyaf Tağıyevin həyat yoldaşı Kəmalə Tağıyevanın rəhbərlik etdiyi qadın məsləhətxanasına hər hansı  imkansız qadın daxil olarsa ona bəzi həkimlər tərəfindən müxtəlif xoşagəlməz sözlər deyilir... Pulun yoxdur niyə gəlmisən?  Yoldaşınızın pulu yoxdursa, niyə övlad dunyaya gətirməyə çalısırşınız?  Müəyən etdiyimiz məbləqi bizə verməsəniz, heç neyə cavabdeh deyilik! onlara deyəndə ki, gedib baş həkimə şikayət edəcəyik, bildirirlər ki, hara şikayət etsəniz də axırda bizim yanımıza gələcəksiniz. Bəli, şikayət edənin aqibəti olmur. 

Qadınları qorxudurlar ki, burada olan söhbətləri həyat yoldaşlarına danışmasınlar, çunki doğum şöbəsinə daxil olarkən yoldaşınız yanınızda olmayacaq. Bununla yanaşı, hamilə qadınlarda  HEPATİT və digər yoluxucu xəstəliklər aşkarlandıqda onlar yoluxucu xəstəliklər şobəsinə göndərilir. Yoluxucu xəstəliklər şöbəsindən isə əksər xəstələri özəl klinikalar yönləndirilir.  Müxtəlif yoluxucu xəstəliklər aşkar olunduğu halda, xəstəlik haqqında hamilə qadınlara  birbaşa məlumat çatdırılır, bu da onların psixologiyasına mənfi təsir göstərir.

Əhali arasında gedən daha bir ciddi söhbətə görə doğum evinə daxil olan qadınların çoxu ilə kobud rəftar edilir, hətta bəzi hallarda onları döyürlər. Doğuşa gəldikdə isə ən aşaqı rüşvət  200 AZN-dən başlayır. Doğum şöbəsinə olan göndərişlər əksər hallarda icra olunmur. Laborotoriyalar hər bir növ analizə görə rüşvət tələb edirlər. Göstərilən məbləği odənilmədikdə laborantlar dərmanları öz vəsaitləri ilə aldığlarını bildirirlər. 

Xaçmaz rayonunun kənd ambulator məntəqələrinə dərman və tibbi ləvazimatlarının ümumiyyətcə verilmədiyi bildirilir. Mərkəzi xəstəxananın özündə belə dövlət tərəfindən vətəndaşlara verilməli olan 161 adda dərmandan isə əsər-əlamət belə yoxdur. Sadəcə, bəzi ağrıkəsici, ucuz pereparatlar və sarğı ləvazimatları tapmaq mümkündür. Məlumatlara görə, hər il  Xaçmaz rayon mərkəzi xəstəxanasına 400 min manatlıq dərman və sarğı pereparatları ayrılır. Ayrılan dərman və sarğı pereparatlarının böyük bir hissəsi Səyyaf Tağıyev və "komandası” tərəfindən silinərək mənimsənilir. 

Dövlət büdcəsindən ayrılan digər vəsaitlər isə kənd məntəqələrinin cari təmiri və digər avadanlıqlarının alınması adı altında sənədləşdirilərək Səyyaf Tağıyevin cibinə axır. Bu işdə onun əsas yardımçısı isə rayon mərkəzi xəstəxanasının baş mühasibi olduğu deyilir. Rayonda "Qoca maxinator” ləqəbi ilə tanınan demək olar ki, var dövlətinə görə Səyyaf Tağıyevə bərabərdir. Xəstəxanada gezən söz-söhbət görə,xəstəxanaya ayrılan dövlət büdcəsindən külli miqdarda vəsaitin oğurlamaqla özünə yaxşı var-dövlət qurub. S.Tağıyevin xəstələrin sayəsində, dövlətin büdcəsindən silinən vəsaitlər sayəsində əldə etdiyi obyektlər və mülklər haqqında qısa məlumat...

1.Xaçmaz elektirik stansiyası ilə üzbəüz yaşayış sahəsinin sonundaki maldarlıq ferması.
2.Nabranda quşçuluq ferması.
3.Niyazabad yolu üzərində dəmir yolu xəttini yaxınlıqında quşçuluq ferması.
4.Niyazabad yolu üzərində yeni yaşayış massivində dəb-dəbəli ev.
5.Nabranda villası.
6.Mərkəzi xəstəxananın qarşısında böyük bir bina-bura fəza kursları və müxtəlif şəxslərə,apteklərə icarəyə verilib və s.

Səyyaf Tağıyevin komandası bu şəxslərdən ibarətdir..Həyat yoldaşı Kəmalə Tağıyeva qadın məsləhətxanasının baş həkimidir. Səyyaf Tağiyevin sağ əli Rəhman Çıraqmuğanlıdır. O, poliknika şöbəsinin baş həkimidir. Rəhman Çıraqmuğanlının köməkçisi Şəlalə və onun kadrlar şöbəsində işləyən bacısı Səyyarə. Şəlaləni qızları ixtisasina uyğun olmayaraq, Kəmalə Tağıyevin rəhbərlik etdiyi qadın məsləhətxanasının laborotoriyasında çalışır. Şəlalənin digər qızı Səyyaf Tağıyevin katibəsidir.
Başqa faktlarda var. 
Ümid edirəm ki, göndərdiyim məktubun cavabı olacaq.

Müstəqil hüquq müdafiəçisi,
Avtandil Məmmədov".

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Arqument.Az