Ziya Məmmədovdan yeni açıqlama: Ölkədən gedir?

Ziya Məmmədovdan yeni açıqlama: Ölkədən gedir?

18-02-2017 14:57 / Bu xəbər 4385 dəfə oxundu

20 ilə yaxın tutduğu nazir postundan sonra Ziya Məmmədovun hansı işlə məşğul olacağı ictimaiyyət üçün maraqlı olaraq qalır. Bəzi iddialarda sabiq nazirin Azərbaycanı tərk edəcəyi də deyilir.

Arqument.Az xəbər verir ki, gununsesi.info-nun əməkdaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi saxlayaraq, bu barədə ona sual ünvanlayıb.

Ziya Məmmədov açıqlamasında hazırda evində olduğunu, istirahət etdiyini deyib: "Mən evimdəyəm. Heç yerə də gedəsi deyiləm”.

"Hansı işlə məşğul olmağı düşünürsünüz, uzun illər hakim komandanın üzvü kimi yeni təyinat gözləyirsinizmi” sualına isə sabiq nazir belə cavab verib: "Nə işlə məşğul olacağımı mən bilirəm. Bu başqaları üçün niyə maraqlı olmalıdır ki? Kimsəyə də hesabat vermirəm. Sizə də təşəkkür edirəm”.

Arqument.Az