106 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

106 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

22-05-2020 23:03 / Bu xəbər 1378 dəfə oxundu

Mayın 22-də Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 106 yeni hadisə qeydə alınıb, 59 nəfər müalicə olunub, iki nəfər vəfat edib. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə məlumat verilib.

Hazırda ölkədə 3855 yoluxmuş şəxs qeydə alınıb, 2399 nəfər müalicə olunub, 46 nəfər ölüb, 1410 xüsusi xəstəxanalarda müalicəni davam etdirir.

48 nəfərin vəziyyəti ağır, 61 nəfər orta ağır vəziyyətdədir.

Ötən müddətdə 259155 test keçirilib. Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin rəhbəri Ramin Bayramlı bildirib.