AXCP üzvü həbs edilib
28-10-2018 01:35 / Bu xəbər 1445 dəfə oxundu
Tovuzda Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü İbrahim İbrahimlinin həbs edildiyi bildirilir.
Bu haqda AXCP-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, partiyanın Binəqədi şöbəsinin üzvü İbrahim İbrahimli keçən həftənin sonunda qeydiyyatda olduğu Tovuz rayonunda bu rayonun polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Oktyabrın 25-də ona 30 sutka inzibati həbs cəzası verildiyi məlum olub.
Yaxınlarına bildiriblər ki, İ.İbrahimli polis əməkdaşının qanuni tələbinə əməl etməyib. Rayon məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə günahkar bilib.
AXCP-nin məlumatında İ.İbrahimli həbs edildikdən sonra onun atasının vəfat etdiyi də qeyd edilir.
İ.İbrahimlinin həbsi ilə bağlı Tovuz Rayon Polis Şöbəsi və məhkəmdən hələlik məlumat almaq mümkün olmayıb.












