Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

06-01-2020 17:30 / Bu xəbər 1087 dəfə oxundu

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti getdikcə yaxşılaşır, xanımı Füruzə Gülalıyeva bildirib.

Turan informasiya agentliyinin verdiyi məlumatda bildirilir ki, uzun müddətdir ki, Oqtay Gülalıyevin hərarəti yüksəlmir. Böyrəklərdə kreatinin səviyyəsi normaya yaxındır. Əllərini hərəkət etdirə bilir. Bəzən hər iki gözünü açır.

İstanbulda "Amerika” klinikasında müalicə davam edir. Artıq O.Gülalıyev özü qida qəbul edir, süni qidalandırma dayandırılıb.

"O, ətrafda danışılanları eşidir, sadəcə, beyin hərəkətdə olmadığı üçün deyilənlərə reaksiya verə bilmir”, - F.Gülalıyeva deyib.