Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

23-08-2023 01:59 / Bu xəbər 1091 dəfə oxundu

Cəlilabad rayonunda 5.5 bal gücündə zəlzələ olub.

Bu barədə android sistemli smartfonlara xəbərdarlıq gəlib.

Zəlzələ əsasən Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarında da hiss olunub. 

Lerikdən "Arqument.az"a verilən məlumata görə, yerin titrəməsi bu dəfə bir qədər uzun çəkib. 

Təbii fəlakət Saatlı, Beyləqan, Neftçala, Salyan və Biləsuvar rayonlarında da hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı məlmatları təsdiqləyib. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.

Zəlzələnin maqnitudası 4.9, dərinliyi isə 13 kilometrdə yerləşib. 

Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.

Dağıntıların olub-olmaması barədə məlumat yoxdur.