Nazir müavininin oğlu Londonda yeni şirkət yaratdı

Nazir müavininin oğlu Londonda yeni şirkət yaratdı

28-08-2023 11:45 / Bu xəbər 1351 dəfə oxundu

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevin də Londonda böyük biznes şəbəkəsi yaratdığı bildirilir. 

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalist yazır ki, nazir oğlu atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb. 

"Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib", - deyə o qeyd edib. 

Elvin Hacıyevin maliyyə mənbələrinin şəffaf olmadığı, məhz atasının hesabına bu biznesə sahib olduğu deyilir: 

"35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən "TECHNOİL", "BABYLON AQRO”, "BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir”, - deyə Cavanşir Həsənli bildirib.

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev hələ ki məsələyə münasibət bildirməyib. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.