40 dərəcə isti gözlənilir

40 dərəcə isti gözlənilir

02-08-2017 15:43 / Bu xəbər 1941 dəfə oxundu

Avqustun 3-ü Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. 

Ancaq axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti təxmin edilir.