Aİ: Gürcüstana namizəd statusu verilməlidir

Aİ: Gürcüstana namizəd statusu verilməlidir

13-12-2023 13:51 / Bu xəbər 895 dəfə oxundu

"Gürcüstan uzun yol qət edib. Gürcüstan və hökumətinə namizəd statusu verilməlidir”.

Bunu Avropa İttifaqının (Aİ) genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

"Bu, strateji qərardır və liderlər tərəfindən qəbul edilməlidir. Düşünürəm ki, bizim təkliflərimiz aydındır”, - Aİ komissarı əlavə edib.

O, yekun qərarın Aİ Şurası tərəfindən qəbul ediləcəyini bildirib, Gürcüstan xalqını və hökumətini bu istiqamətdə işləməyə davam etməyə çağırıb.

15-16 dekabr tarixlərində Aİ Şurası tərəfindən Gürcüstana namizəd statusunun verilməsi gözlənilir.(APA)