Aİ miqrantlara görə üçüncü ölkələrə sərhədlərinə divar çəkə bilər

Aİ miqrantlara görə üçüncü ölkələrə sərhədlərinə divar çəkə bilər

20-12-2023 01:23 / Bu xəbər 1331 dəfə oxundu

Avropa İttifaqına (Aİ) üzv ölkələr öz ərazilərinə gələn miqrantların sayını azaltmaq üçün üçüncü ölkələrin sərhədlərində divarların və hasarların tikintisini maliyyələşdirməyə hazırdırlar. 

Bu barədə "Euroactiv" regional ictimaiyyətin qanunvericiləri arasında qapalı danışıqlara istinadən məlumat yayıb.

Materialda müvafiq görüşlərin dekabrın 18-də və 19-da baş tutduğu göstərilir. 

Eyni zamanda, əsas müzakirə mövzusu miqrasiya həmrəyliyi adlandırılan mexanizm olub.

Jurnalistlərin fikrincə, əvvəlcə avropalı parlamentarilər yalnız miqrantların köçürülməsi və çətin vəziyyətə düşmüş region ölkələrinə maliyyə yardımı göstərilməsi imkanlarını müzakirə etməyi planlaşdırıblar. 

Məqalədə qeyd edilir ki, Aİ rəhbərliyi ümumilikdə Alyansın sərhədlərini əcnəbilər üçün daha keçilməz etməyə cəhd edə bilər.

"Həmrəylik mexanizmi"nin mahiyyəti əlavə tədbirlər kompleksi ilə köklü şəkildə dəyişdirilə bilər", - deyə nəşr yazır.

Dekabrın 12-də Avropa Sərhəd Agentliyi (Frontex) bu il 355,3 mindən çox qeyri-leqal miqrantın region icmasının sərhədlərini keçdiyini bildirib. 

Analitiklər bu rəqəmin son 7 ildə ən yüksək həddə çatdığını vurğulayırlar.