Aysel Əlizadə Ramin Hacılıdan yazdı: “Onu tək qoya da bilmirəm axı, başa düşürsünüz?”

Aysel Əlizadə Ramin Hacılıdan yazdı: “Onu tək qoya da bilmirəm axı, başa düşürsünüz?”

11-07-2021 01:31 / Bu xəbər 2866 dəfə oxundu

"Beş ildi bu oğlana dayanmadan cinayət işi açılır. O məhkəmə bitir, bu məhkəmə başlayır. Nə boyda cinayətkar imiş Ramin Hacılı… Kiməsə cinayətkar lazımdırsa, bütün ölkə bilir bu ölkədə kimlərdir cinayətkarlar, yerlərini deyək, gedib araşdırıb tutun”. 

Bunu yazıçı Aysel Əlizadə deyib. 

"Dünən çağırıblar adamı. O da nə bilsin ki tutmağa çağırırlar. Durub gedib. Gecəyəcən saxlayıblar gecə 12-də məhkəmə keçiriblər həbs veriblər. Psixologiyam pozulub artıq bu mövzudan. Nə qədər olar axı. Bu problemlərə görə yaşaya da bilmədik, ikimizin də əsəbi pozuldu, ayrıldıq. Amma mən onu tək qoya da bilmirəm axı, başa düşürsünüz?” – A.Əlizadə qeyd edib. 

İyulun 10-da Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı həbs olunub. 

Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - prokurorluqdan bildirilib.