AZAL üç əməkdaşı işdən qovdu
27-05-2019 15:13 / Bu xəbər 974 dəfə oxundu
AZAL-ın üç əməkdaşı işindən azad edilib.
Azərbaycan Hava Yolları (AZAL) QSC-dən verilən məlumata görə, sərnişinlərin şəxsi məlumatını yaydığına görə Nazilə Muradova və digər iki əməkdaş işindən azad edilib.
Məlumatda AZAL əməkdaşlarının sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verildiyi deyilib: "Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub. Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik”.
Qurum həmçinin sözügedən məsələni ictimailəşdirdiyinə görə cəmiyyətə təşəkkür edib.
26 may 2019-cu il tarixində "Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım müzakirələrə səbəb olmuşdu.
O, facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.
toplum.tv












