Azərbaycan daha 7 kəndi işğaldan azad edib

Azərbaycan daha 7 kəndi işğaldan azad edib

16-10-2020 09:22 / Bu xəbər 769 dəfə oxundu

Prezident İlham Əliyev rəsmi "Twitter" hesabında Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edildiyini yazıb: 
 
"Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" 
 
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib. 
 
Döyüşlər nəticəsində Azərbaycan Hadrut rayonunu, Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.  
 
Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.