Azərbaycan Ermənistan ordusuna 1 milyard dollar ziyan vurub

Azərbaycan Ermənistan ordusuna 1 milyard dollar ziyan vurub

13-10-2020 15:59 / Bu xəbər 849 dəfə oxundu

Clash Report”: Ermənistan ordusu 1 milyard dollarlıq hərbi sursat itirib

Müharibənin başladığı 16 gün ərzində Ermənistan ordusuna 1 milyard ABŞ dollar həcmində ziyan dəyib.

"Clash Report”un araşdırmasına görə, əsas ziyan Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-ları vasitəsilə vurulub. 

Hava hücumundan müdafiə sisteminə 485 milyon ABŞ dolları ziyan dəyib.

Oktyabrın 12-nə olan məlumata görə, Ermənistan ordusu ümumi dəyəri 210 milyon dollar olan 84 tank itirib.

Həmçinin araşdırmaya görə, Ermənistan ordusu ümumi dəyəri 16 milyon olan 32 səhra topu, 17,5 milyon dəyərində 5 radar, 52 milyonluq 25 ÇNRA və s. itirib.