Azərbaycanlı jurnalist Ukraynada vəfat edib

Azərbaycanlı jurnalist Ukraynada vəfat edib

29-03-2024 13:20 / Bu xəbər 489 dəfə oxundu

Ürəyində problem olduğu bildirilir

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli vəfat edib.

Onun ürək tutmasından həyatını itirdiyi bildirilir.

İdrak Camalbəyli "Amerikanın səsi” ​radiosunun əməkdaşı olub.

Ölümü ilə bağlı yaxınları, dostları sosial şəbəkələrdə məlumat paylaşıb.

İdrak Camalbəyli Rusiya-Ukrayna müharibəsinin qızğın getdiyi bölgələrdən reportajlar hazırlayırdı. 

O, 48 yaşında, Kiyevdə ürəktutmasından ölüb.

Onun daha öncə ürək əməliyyatı olunduğu da bildirilir.