Azərbaycan PUA-sı ermənilərin hərbi avtomobilini məhv edib

Azərbaycan PUA-sı ermənilərin hərbi avtomobilini məhv edib

03-08-2022 19:02 / Bu xəbər 1268 dəfə oxundu

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus hərbi avtomobil məhv edilib.

"Report”un məlumatına görə, Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) Sarıbaba yüksəkliyi yaxınlığında terrorçulara zərbə endirib.

Nəticədə "Ural” markalı hərbi yük avtomobili sıradan çıxarılıb.