Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyi keçiriləcək
16-12-2019 14:18 / Bu xəbər 944 dəfə oxundu
Dekabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illik yubileyi keçiriləcək.
Bu barədə APA-ya AYB-nin katibi Rəşad Məcid məlumat verib.
O, yubiley mərasiminin Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcəyini bildirib: "Mərasimdə xarici qonaqlar iştirak etməyəcək. Xarici qonaqların qurultaya gəlməsi gözlənilir”.
R .Məcid qurultayın 2020-ci ildə keçiriləcəyini vurğulayıb.
AYB 1934-cü il, iyunun 13-də yaradılıb.