Azərbaycanda 17 nəfər koronavirusdan öldü

Azərbaycanda  17 nəfər koronavirusdan öldü

11-01-2021 22:41 / Bu xəbər 625 dəfə oxundu

176 nəfərin virusa yoluxduğu, 841 nəfərin sağaldığı bildirilir

Yanvarın 11-də Azərbaycanda 176 adam COVİD-19 infeksiyasına yoluxub, 841 nəfər müalicə olunaraq sağalıb, 17 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 224 min 827 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:

"Onlardan 209 min 522 nəfər müalicə olunaraq sağalıb, 2926 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 12379 nəfərdir”.

Qərargah ötən müddətdə 2 milyon 272 min 9 testin aparıldığını qeyd edib: "Bugünkü test sayı isə 4086-dır”.