Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

28-01-2021 12:19 / Bu xəbər 536 dəfə oxundu

Azərbaycanda indiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əksəriyyəti səhiyyə işçiləridir.

Bu barədə yanvarın 28-də Nazirlər Kabientinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib. 

Məlumata görə, Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi yanvarın 18-dən başlayıb. 

İkinci mərhələyə isə fevralın 1-də start veriləcək. 

Bildirilib ki. Azərbaycan COVAX platforması çərçivəsində Çinin "Sinovac” şirkətindən 2 milyon doza "CoronaVac” vaksini alacaq. 

Eyni zamanda, "Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə "Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib.

Rəsmilərin verdiyi məlumata görə, aprel ayında COVAX platforması çərçivəsində ölkəyə "Pfizer" vaksininin də gətirilməsi nəzərdə tutulur.