Azərbaycanda koronavirus: 119 yoluxma, 140 sağalma, 2 ölü

Azərbaycanda koronavirus: 119 yoluxma, 140 sağalma, 2 ölü

17-09-2020 18:26 / Bu xəbər 1214 dəfə oxundu

Sentyabrın 17-də Azərbaycanda 119 adam COVİD-19 infeksiyasına yoluxub, 140 nəfər müalicə olunaraq sağalıb, 2 xəstə isə ölüb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanda indiyə qədər 38 min 777 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Onlardan 36 min 289 nəfər müalicə olunaraq sağalıb, 571 pasient ölüb.

Hazırda aktiv xəstə sayı 1917 nəfərdir.

Opeariv qərargah ötən müddətdə 1 milyon 35 min 286 testin aparıldığını qeyd edib: "Bugünkü test sayı isə 7601-dir”.