Azərbaycanda koronavirus: 825 yeni yoluxma

Azərbaycanda koronavirus: 825 yeni yoluxma

22-10-2020 15:05 / Bu xəbər 1000 dəfə oxundu

Oktyabrın 22-də Azərbaycanda 825 adam COVID-19 infeksiyasına yoluxub, 6 xəstə ölüb, 171 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 47 418 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib. 

"Onlardan 40 619 nəfər müalicə olunaraq sağalıb, 648 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 6 151 nəfərdir”, - məlumatda bildirilir.

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 457, ötən müddətdə isə ümumilikdə 1 260 193 testin aparıldığı qeyd edilib.