Azərbaycanda son bir gündə yoluxma: 572 nəfər

Azərbaycanda son bir gündə yoluxma: 572 nəfər

02-07-2020 19:41 / Bu xəbər 1232 dəfə oxundu

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxub, 364  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8  nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6976 koronavirus testi aparılıb.