“Azərişıq” cəbhədə olan zabitin işığını kəsib

“Azərişıq” cəbhədə olan zabitin işığını kəsib

26-11-2020 11:43 / Bu xəbər 886 dəfə oxundu

Ön cəbhədə xidmət göstərən hüquqşunas, Azərbaycan ordusunun zabiti Xalid Ağalı  "Azərişıq” ASC-dən şikayətlənib. 

"3-cü aydır ki, cəbhədəyik. Əlimiz evimizə çatmır. "Siz cəbhəni, biz zülməti yaraq” sloqanlı bu ASC-nin operatorları da gecəyarı Yeni Yasamalda gəlib, işıqlarımızı kəsib. Heç olmasa, sloqanınızı dəyişin!” – deyə Xalid Ağalı qeyd edib.

Hüquqçünas Ələsgər Məmmədli də mövzu ilə bağlı status yazıb:

""Azərişıq" 3 aydır ki, cəbhədə ön cərgələrdə vuruşan zabit Xalid Ağaliyevin Yeni Yasamaldakı evinin işığını kəsib, məktəbli 3 övladını qaranlıqlara qərq edib. Bu rəzalətdir! Dərhal bunu edənlər hesab verməlidir". 

"Cəbhəyə aparılan şəxsin gəlib zamanında kommunal borcunu ödəmə imkanının olmaması onun şəxsi iradəsindən yox, dövlətin ona olan ehtiyacından və düşmənlə döş-döşə durmasından qaynaqlanır. Bir hərəkət etmədən öncə düşünün. Həmin zabit gələndən sonra sadəcə sizin şəffaflığınızı təftiş etsə sizlərdən  azadlıqda bir nəfər də gərək qalmasın. Hər şeyin bir çərçivəsi olmalıdır. Aidiyyatı qurumlar, gərəyi nə isə edin", - deyə bildirib. 

ASC-nin Mətbuat katibi Vaqif Aydınoğlu isə "Arqument.az"a bildirib ki, "Azərişıq”ın əməkdaşları ərazidədirlər və elektrik bərpa edilib.