“Azərişıq” öz əməkdaşının işığını kəsdi

“Azərişıq” öz əməkdaşının işığını kəsdi

10-01-2020 01:06 / Bu xəbər 730 dəfə oxundu

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin işığını kəsiblər.

Demokrat.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Faktı təsdiqləyən T.Mustafayev deyib ki, bu gün səhər yeməyi yediyi zaman evinin elektrik enerjisi təchizatı dayanıb.
 
"Dərhal əməkdaşlarla əlaqə saxladım. Təsdiqlədilər. Dedilər ki, ərazidə təftiş həyata keçirilir deyə təchizat dayanıb. Tez bir zamanda elektrik enerjisinin verilişi bərpa edildi”, - bildirib.

Xatırladaq ki, T.Mustafayev Sumqayıt şəhərində yaşayır.