Bayden ABŞ-ı xilasetmə planını açıqladı

Bayden ABŞ-ı xilasetmə planını açıqladı

16-01-2021 00:46 / Bu xəbər 629 dəfə oxundu

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden 1,9 trilyon dollarlıq Amerika iqtisadiyyatını xilasetmə planını açıqlayıb.

Bu barədə yerli vaxtla yanvarın 14-də yeni seçilmiş prezidentin Baş qərargahından açıqlama verilib.

Demokratların lideri hesab edir ki, 160 milyard dolları mütləq ölkə əhalisinin koronavirusa qarşı vaksinasiyasına ayırmaq lazımdır. Bununla yanaşı, testlərin genişləndirilməsinin, ictimai səhiyyə sahəsində məşğulluq proqramlarının gücləndirilməsinin və COVID-19 ilə mübarizə üçün digər addımların atılmasının labüd olduğu bildirilib.

Bayden 170 milyard dolların məktəb və universitetlərə, 130 milyard dolların isə tədris ocaqlarının təhlükəsizliyinə ayrılmasını istəyir.

"Yeni seçilmiş prezidentin Amerikanı xilasetmə planı ambisiyalı olsa da, həyata keçirilməsi mümkündür, bu, iqtisadiyyata yardım edəcək və virusun öhdəsindən gəlməyə töhfə verəcək", - deyə Baş qərargahdan verilən açıqlamada bildirilib.///BBC