İran raket hücumuna başladı, İsrail müharibə anonsu verdi

İran raket hücumuna başladı, İsrail müharibə anonsu verdi

14-04-2024 01:35 / Bu xəbər 592 dəfə oxundu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə doğru pilotsuz uçuş aparatları və raketlər atdığını təsdiqləyib.

Məlumatı İRNA agentliyi  yayıb.

"Əl-Ərəbiyyə" telekanalı iddia edib ki, İran İsrailə qanadlı raketlər atıb.

Qərb və İsrail mətbuatının məlumatına görə, İran İsrailə doğru onlarla kamikadze pilotsuz uçan aparat atıb.

 İsrailin Baş naziri Benyamin Netanyahu Tehrana birbaşa hücuma hazır olduğunu açıqlayıb.

PUA-lar İraq ərazisi üzərində uçur, Bağdad ölkə üzərində hava məkanını bağlayıb.

İran bundan əvvəl İsrailin Dəməşqdəki İran səfirliyi kompleksinin yerləşdiyi diplomatik məhəlləyə endirdiyi zərbəyə cavab verəcəyini vəd etmişdi. 

ABŞ təyyarələri İraq üzərindən uçan PUA-ları vurmağa çalışır.