Bayrağı Meydanı İdarəsinin vəzifədən uzaqlaşdırılan rəisi həbs oluna bilər – İDDİA

Bayrağı Meydanı İdarəsinin vəzifədən uzaqlaşdırılan rəisi həbs oluna bilər   – İDDİA

05-05-2015 17:16 / Bu xəbər 1302 dəfə oxundu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Rəşad Məmmədovun Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. 

Bir müddət əvvəl Rəşad Məmmədovun sahibi olduğu "Azİmport” şirkətinin qanunsuzluqları barədə araşdırma yazılar dərc olundu.

Virtualaz.org saytının yazdığna görə, "Azİmport" 2010-cu ildə - Buzovna-Zuğulba-Bilgəh magistral yolu çəkilməyə başlayanda rast gəlinib. Həmin yolun hər iki tərəfində ayrı-ayrı vətəndaşlara məxsus olan şəxsi mülklər yerləşirdi. R.Məmmədovun gözü ayağının altını görməyən dəstəsi ən vicdansız təzyiq, hədə, şantaj üsullarını tətbiq etməklə həmin mal-mülkə bir göz qırpımında sahiblənmişdi. Bu, adi quldurluq idi. Buzovna sakinləri A.Baxşıyevin, M.Məmmədovun, V.Əliyevin və digərlərinin əmlakı və şəxsi torpaq sahələri də bu yolla R.Məmmədovun dəstəsinin əlinə keçdi.

Qurbanov Abbasov küçəsi, 33 ünvanında (Səbayel Rayon Məhkəməsinin binasına bitişik, Dövlət Bayrağı Meydanından bir qədər aralıda) yerləşən binanın sakinlərinin R.Məmmədov və dəstəsi tərəfindən necə küçəyə atılmasından da ətraflı yazmışıq. Bu bina arxitektura əhəmiyyətli idi və dövlət tərəfindən qorunurdu. İndi isə yoxdur. R.Məmmədovun tamahının güdazına gedib...

Virtualaz.org saytının araşdırmalarına görə, daha bir fakt üzə çıxıb. Məlum olub ki, R.Məmmədovun anası milliyyətcə ermənidir. Sabiq məmurun bu gün də işğal altındakı Dağlıq Qarabağda yaşayan erməni separatçıları ilə yaxın qohumluğunu sübuta yetirən sənədlər saytımızda lap yaxın zamanlarda dərc ediləcək.

Rupor.Az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, yaxın günlərdə Rəşad Məmmədov həbs olunacaq. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə qeyd edir ki, mətbuatda gedən yazılar artıq ciddi şəkildə müvafiq qurumlar tərəfindən araşdırılır. Yaxın günlərdə sabiq rəis vəzifədə olduğu müddətdə etdiyi əməllərinin qurbanı olacaq. Mövzunu diqqətdə saxlayırıq. ///rupor.az

Arqument.Az