Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm
16-07-2019 23:27 / Bu xəbər 1015 dəfə oxundu
Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib.
Bu barədə "Report" məlumat yayıb.
Məlumata görə, rayonun Qazqurdalı kənd sakini, 1948-ci il təvəllüdlü Surxay Qəşəm oğlu Mirzəyev qarın boşluğunda yaranan küt ağrı səbəbindən Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib və dərhal əməliyyata alınıb, lakin məliyyat olunduqdan bir saat sonra dünyasını dəyişib.
Yaxınları onun ölümünə səbəb olaraq həkim səhlənkarlığını göstərirlər.
S.Mirzəyevin meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.